Bilal Ərdoğan: "Çövkəni Türkiyədə də tanıtmaq istəyirik" – Foto

  • 18:00 - 24 Dekabr

Oktyabr ayında keçirilən Etnosport Mədəniyyət Festivalı çərçivəsində Azərbaycan Respublikası Atçılıq Federasiyası ilə birgə Qarabağ atlarını nümayiş etdirdik. Həmin vaxt federasiya nümayəndələri məni Azərbaycanın milli oyunu olan çövkəni izləməyə dəvət etdilər.

Avropa.info xəbər verir ki, bunu Trend-ə Dünya Etnosport Konfederasiyasının prezidenti Bilal Ərdoğan deyib. O bildirib: "Azərbaycanın milli oyunu olan çövkəni izləməyə gəlmişik. Bundan öncə Gədəbəydəki Milli Yaylaq Festivalında da iştirak etmişdik. Bütün türk dünyasının ənənəvi idman növlərinə dəstək oluruq. Öz mədəniyyətimizə sahib olmağımız lazımdır".

B.Ərdoğan qeyd edib ki, Azərbaycan Respublikası Atçılıq Federasiyası rəhbərlik etdiyi quruma üzv qəbul olunmağa yaxındır:

"Azərbaycanın da Dünya Etnosport Konfederasiyasına üzv olması üçün çalışırıq. Bura 12 ölkə üzvdür. Azərbaycan gələn ilin fevralında Antalyada keçirilən forumumuza dəvət ediləcək. Orada 60-ya yaxın ölkədən nümayəndə iştirak edəcək.

Çövkəni Türkiyədə də tanıtmaq istəyirik. Bu oyunu Türkiyədə keçirdiyimiz etnoidman yarışlarına daxil edə bilərik. 200 ildir ki, çövkən Anadoluda unudulmuş bir idman növüdür. Amma biz istəyirik ki, güləş kimi çövkənə də yer verək, öz ata idmanımız kimi tanıdaq".


Oxunma sayı: 2058

Oxşar yazılar