Liviya böhranı: General Haftar Sudandan yüzlərlə muzdlu gətirəcək

  • 17:16 - 24 Dekabr

BMT tərəfindən legitimliyi tanınan Tripoli hökumətinə qarşı döyüşən qiyamçı general Xəlifə Haftar rəhbərlik etdiyi Liviya Milli Ordusuna qoşulmaq üçün xeyli sayda sudanlı muzdlu əsgər gətirib.

Avropa.info xəbər verir ki, İngiltərənin “Guardian” qəzetinə müsahibə verən iki sudanlı qrupun lideri yüzlərlə muzdlunun regiona gələcəyini təsdiqləyib. Qrupların lideri Liviyada ən azı 3 min sudanlı muzdlunun döyüşdüyünü bildirib. Bu əvvəllər qeyd olunan rəqəmlərdən qat-qat çoxdur.

Qeyd edək ki, BMT bir neçə həftə əvvəl dərc etdiyi 376 səhifəlik hesabatda sudanlıların Liviyadakı mövcudiyyətinin bu ölkənin stabilliyinə təhlükə yaratdığını açıqlamışdı.


Oxunma sayı: 10209

Oxşar yazılar