“Qarabağ”ın bütün rəqibləri müəyyənləşdi

  • 16:10 - 24 Dekabr

"Qarabağ" yanvarın 7-də klubun bazasında bir araya gələrək mövsümün ikinci yarısının hazırlıqlarına start verəcək.

Avropa.info klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, futbolçular yanvarın 12-si Antalyaya yollanaraq hazırlığın ikinci mərhələsini orada davam etdirəcək.

Antalyada 14 gün müddətində davam edəcək təlim-məşq toplanışında komanda 4 yoxlama oyunu keçirəcək. "Qarabağ" yanvarın 18-də Rumıniyanın "Akademika Klinkeni", yanvarın 22-si Qazaxıstanın "Jetisu", yanvarın 25-i Çexiyanın "Siqma" və Polşanın "Visla Plok" klublarıyla qarşılaşacaq.


Oxunma sayı: 5644

Oxşar yazılar