Millinin futbolçusu "Qarabağ"dan getdi

  • 11:35 - 24 Dekabr

Azərbaycan millisinin futbolçusu Riçard Almeyda Qazaxıstan mətbuatına müsahibə verib.

Apasport.az saytının məlumatına görə, gələcək karyerası barədə danışan braziliyalı yarımmüdafiəçi Azərbaycan çempionu “Qarabağ”dan ayrıldığını açıqlayıb.

- “Qarabağ”dan gedəcəyinizlə bağlı xəbərlər var...

- Bəli, belədir.

- İcarədən “Astana”ya qayıdırsınız?

- Biz qarşılıqlı razılıqla “Astana” ilə müqaviləmə xitam vermişik.

- Bu nə vaxt baş verib?

- 3-4 ay əvvəl.

- Özünüzə yeni klub tapmısınız?

- Agentim bir neçə klubla danışıb. Amma hələ qərar verməmişəm. İndi məzuniyyətdəyəm. Bir neçə gündən sonra qərar verəcəyəm.

- Bu siyahıda Qazaxıstan klubu var?

- Hələ ki yoxdur. Qazaxıstandan heç kim agentimlə əlaqə saxlamayıb.


Oxunma sayı: 6876

Oxşar yazılar