“Barselona” dünya idmanında ən çox məvacib verən klubdur

  • 18:52 - 23 Dekabr

“Sportingintelligence” saytı dünya idmanında ən çox məvacib verən klubların reytinqini dərc edib.

Avropa.info xəbər verir ki, statistika aparılarkən futbolçuların orta əməkhaqqından istifadə edilib.

Siyahıya İspaniyanın “Barselona” klubu liderlik edir. Kataloniya təmsilçisi futbolçularına ildə orta hesabla 11 milyon avro ödəyir. “Real Madrid” 10 milyon avro ilə ikinci, “Yuventus” isə 9 milyon avro ilə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, “Barselona” cari mövsümdə İspaniya çempionatına 39 xalla liderlik edir. Kataloniya klubu fevralın 25-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində İtaliyanın “Napoli” komandası ilə üz-üzə gələcək.


Oxunma sayı: 14620

Oxşar yazılar