“Mançester Yunayted” Premyer Liqanın autsayderinə məğlub olub

  • 22:40 - 22 Dekabr

Dekabrın 22-də İngiltərə Premyer Liqasının 18-ci turunun növbəti oyunu keçirilib.

Avropa.info xəbər verir ki, Premyer Liqanın iddialı klublarından sayılan “Mançester Yunayted” səfərdə sonuncu yerdə qərarlaşan “Uotford” komandasının qonağı olub.

Görüş Uotford təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin heyətində İsmayil Sar və Diniy Troy fərqləniblər.

Bu mövsüm beşinci məğlubiyyətini qazanan “Mançester Yunayted” 25 xalla 8-ci yerdə qərarlaşıb.

“Uotford” isə 12 xalla sonuncu - 20-ci yerdə qərarlaşıb.


Oxunma sayı: 6117

Oxşar yazılar