"Barselona" Messinin atası ilə danışıqlara başladı

  • 11:03 - 20 Dekabr

İspaniyanın "Barselona" klubunun rəhbərliyi hazırkı müqaviləsini uzatmasından ötrü Lionel Messinin nümayəndələri ilə danışıqlara başlamağa hazırlaşır. 

"Report"un "Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, tezliklə klub və 32 yaşlı hücumçunu təmsil edən atası danışıqlar stolu ətrafında əyləşəcək. Messinin hazırkı müqaviləsi 2021-ci ilin iyulunda başa çatır. Kataloniya təmsilçisi yeni müqavilənin 2023-cü ilədək imzalanmasını istəyir. 

Argentinalı forvard bu mövsüm "Barselona"nın heyətində bütün yarışlarda 17 oyuna 14 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. 

Qeyd edək ki, İspaniya klubu Çempionlar Liqasının 1/8 finalınbda İtaliya "Napoli"si ilə qarşılaşacaq. Hazırda "Barselona" İspaniya La Liqasında liderliyini davam etdirir. 


Oxunma sayı: 6535

Oxşar yazılar