“Ronaldunu əvəz etmək çox çətindir” - Messi

  • 17:52 - 17 Dekabr

"Barselona"nın hücumçusu Lionel Messi "Real"ın yeni transferi Eden Hazardı hazırda "Yuventus"da oynayan Kriştiano Ronaldu ilə müqayisə edib.

Avropa.info qol.az-a istinadən xəbər verir ki, sabah "Nou-Kamp"da keçiriləcək "El-Klassiko" öncəsi jurnalistlərdən biri argentinalıya belə bir sual ünvanlayıb: "Sizcə, Hazard Ronaldonu əvəzetməyə və superulduz olmağa qadirdirmi?"

Messi buna cavab olaraq deyib: "Eden bacarıqlı futbolçudur. O, müdafiənin yükünü azalda bilir. Fikrimcə, Kriştianodan fərqlənir. Hazardın başqa keyfiyyətləri var. Ronaldonu əvəz etmək çox çətindir. Amma Hazard da böyük oyunçudur".


Oxunma sayı: 12871

Oxşar yazılar