Bu il sökülən və tikilən məktəblərin sayı açıqlandı

  • 18:08 - 16 Dekabr

"2019-cu ildə Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 6 məktəbdə əsaslı təmir aparılıb".

Bu barədə Avropa.info-ya Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev ilin yekunları ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, bundan əlavə1 məktəbin binası yenilənib, 1 məktəb üçün digər ərazidə yeni bina inşa olunub, ehtiyac olan ərazidə 1 yeni məktəbin inşası başa çatıb və 2 məktəbin köhnə korpusları sökülərək yenidən tikilib:

"224 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri aparılıb.

2 məktəbin sökülərək yenidən tikintisinə, 2 məktəbin isə korpuslarının sökülərək tikintisinə başlanılıb. Hazırda 1 məktəb üçün əlavə korpusun tikintisi davam etdirilir".


Oxunma sayı: 8988

Oxşar yazılar