Şuranın dəstəyi ilə regionlarda səyyar xidmətlər təşkil olunub – Foto

  • 16:46 - 16 Dekabr

Azərbaycan Respublikasının Prezidenti  yanında Qeyri-Hökumət  Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş  İdarəsinin dəstəyi ilə “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İB-nin noyabr ayının 1-dən" Sumqayıt şəhəri və yaxın bölgələrdə “İnsan alverinə qarşı əhalinin maarifləndirilməsi, insan alverinin qurbanları və potensial qurbanlara sosial xidmətlərin təşkili”  layihəsinin icrasına başlayıb.

Avropa.info xəbər verir ki, layihə çərçivəsində Quba və Biləsuvar rayonlarında səyyar xidmətlər təşkil olunub. Quba və Xaçmaz rayonlarında təşkil olunan səyyar xidmət çərçivəsində 20 nəfər hüquqi, 8 nəfər psixoloji yardım alıb. Dekabr ayında Biləsuvar rayonunda baş tutan səyyar xidmət çərçivəsində isə 25 nəfər hüquqi, 8 nəfər psixoloji yardım alıb. Hüquqi yardım üçün müraciətlər əsasən boşanma, aliment, məişət zorakılığı problemləri olub. 

Hüquqi yardım üçün müraciət edənlərə şifahi məsləhətlər verilib və müxtəlif orqanlara müraciətlərin yazılmasında yardım göstərilib.


Oxunma sayı: 5446

Oxşar yazılar