"Şöbə müdirinin qəbul günü ilə maraqlanmayın, hər gün qəbul günüdür" - Yeni təyin olunan şöbə müdirindən sakinlərə müraciət

  • 13:41 - 16 Dekabr

Ölkədə aparılan son islahatlar çərçivəsində vəzifəyə təyin olunan məmurlar sosial şəbəkələrdə vətəndaşlara mesajlar ünvanlayırlar.

Avropa.info xəbər verir ki, Zərdab Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunan əməkdar müəllim Gülağa İsgəndərov sosial media hesabından yazdığı mesajında xüsusi bir qəbul gününün olmadığını, vətəndaşları istənilən zaman qəbul etməyə və qanuni tələblərini yerinə yetirməyə hazır olduğunu deyib.

"Əziz Zərdab camaatı. Hər birinizə təbriklərə görə minnətdarlığımı bildirirəm. Təhsil şöbəsi müdirinin qəbul gününün hansı gün olduğu ilə maraqlanmayın. Təhsillə bağlı istənilən qanuni tələbləriniz dinlənəcək və yerinə yetiriləcək. Şəffaf işləyəcəyik deyib minnət qoymaq istəmirəm. Onsuz da bizim borcumuz şəffaf işləməkdir. Bu yolda bütün rayon ictimaiyyətindən dəstək gözləyirəm. Yüksək naliyyətlərə ancaq birgə nail ola bilərik,"


Oxunma sayı: 11210

Oxşar yazılar