Bu addımla Sevr müqaviləsini tamamilə boşa çıxardıq – Ərdoğan Liviya-Türkiyə müqaviləsi haqda

  • 13:55 - 16 Dekabr

Türkiyə prezidenti Ərdoğan dünən A Haber və ATV telekanallarının birgə efirinin qonağı olub.

Avropa.info xəbər verir ki, Liviya ilə bağlanan müqaviləyə münasibət bildirən Ərdoğan bu sözləri deyib:

“Sərrac oranın legitim dövlət başçısıdır, Haftarın isə legitimliyi yoxdur, qeyri-qanuni vəzifə tutan şəxsdir. Beynəlxalq ictimaiyyətin tanıdığı şəxs də deyil. Liviya ilə beynəlxalq hüquqa əsaslanan müqavilə imzaladıq. Bunlardan biri dəniz səlahiyyət sahəsi, digəri isə təhlükəsizlik və hərbi əməkdaşlıqla bağlıdır. Bunlarla birgə Türkiyə əleyhinə birtərəfli addımlar atılmasına izn verməyəcəyimizi ortaya qoyduq. Liviyaya hər cür dəstək verməyə hazır olduğumuzu daha əvvəl dedik. Bu addımla Sevr tamamilə boşa çıxdı. Türkiyə ilə Liviyanın bu sərhədi Yunanıstanı narahat edir. Bu sularda Liviya və Türkiyənin haqları var və bu haqların qorunması lazımdır. Ölkəmiz daxilində və xaricində bəziləri bu məsələdən narahat olur. Qısa vaxt ərzində seysmik tədqiqat və qazma fəaliyyəti başlayacaq”.

Ərdoğan Liviyaya ordu göndərilməsi ilə bağlı rəsmi Tripolidən dəvət gələcəyi halda Türkiyənin necə mövqe nümayiş etdirəcəyi ilə bağlı  qərar verəcəklərini deyib. 


Oxunma sayı: 18085

Oxşar yazılar