Türkiyə Prezidenti İsveçrəyə səfərə getdi

  • 13:37 - 16 Dekabr

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan İsveçrəyə səfərə gedib.

Avropa.info xəbər verir ki, Türkiyə Prezidentini səfərdə xanımı Əminə Ərdoğan, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Xəzinə və Maliyyə naziri Berat Albayrak, Daxili İşlər nazri Süleyman Soylu, Milli Müdafiə naziri Hulusi Akar, Sənaye və Texnologiya naziri Mustafa Varank, Ailə, Əmək və Sosial Xidmətlər naziri Zəhra Zümrüd Səlçuk, AK Partiyanın sədr müavinləri Numan Kurtulmuş və Cevdet Yılmaz müşayiət edir.

Prezident Ərdoğan BMT Qaçqınlar Təşkilatının (UNHCR)-nin təşkilatçılığı ilə bu gün Cenevrədə işə başlayacaq Türkiyənin həmsdərliyi ilə keçirilən Qaçqınlar üzrə ilk Qlobal Forumda iştirak edəcək. Forumun təşəbbüskarlarından biri Türkiyədir.

Bundan əlavə, Ərdoğan Türkiyədə məskunlaşan Suriya qaçqınlarının rəsm və foto əsərlərindən ibarət olan "Həyat davam edir, sənət davam edir" adlı sərgiyə qatılacaq.


Oxunma sayı: 6854

Oxşar yazılar