“Qapadılması lazımdırsa, İncirliyi də qapadarıq, Kürəcəyi də” – Ərdoğan

  • 12:25 - 16 Dekabr

Türkiyə prezidenti Ərdoğan dünən A Haber və ATV telekanallarının birgə efirinin qonağı olub.

Avropa.info xəbər verir ki, Ankara və Vaşinqton arasındakı siyasi gərginliyə münasibət bildirən Ərdoğan bu sözləri deyib:

“İncirlik bağlamaq qərarı müzakirə mövzusu olarsa, bu bizə məxsusdur. Yeri gəldiyi zaman bütün heyətimizlə oturarıq, qapadılması lazımdırsa, İncirliyi də qapadarıq, Kürəcəyi də qapadarıq. Əgər qarşımıza sanksiyaların tətbiq ilə çıxarlarsa, biz də lazımi cavabı verərik. ABŞ-ın münasibətlərimizdə bərpası mümkün olmayan addımlar atmaması hər iki tərəf üçün vacibdir. Türkiyə qəbilə dövləti deyil. İki min ildən çox tarixə malik Türkiyəyə bunu rəva görmək qarşılıqsız qala biləcək kimi deyil. Qaldı ki, strateji ortağıq. Bəs bu edilənlər nədir? Bunları oturub düşünmələri lazımdır. Fərqli hərəkət etməyə davam edərlərsə bizim də verəcək cavablarımız var”.


Oxunma sayı: 7063

Oxşar yazılar