Tramp Əfqanıstandakı ABŞ hərbçilərini çıxarmağa hazırlaşır

  • 11:20 - 16 Dekabr

Tramp administrasiyası “Taliban” hərəkatı ilə bərpa olunan danışıqlar fonunda Əfqanıstandakı ABŞ hərbi kontingentini azaltmaq fikrindədir.

Avropa.info xəbər verir ki, bu məlumatla adının açıqlanmasını istəməyən amerikalı məmura istinadən CNN telekanalı çıxış edib. Onun sözlərinə görə, Tramp Əfqanıstandan 4 min nəfər hərbçi çıxarmağı planlayır. Hazır Əfqanıstandakı ABŞ hərbi kontingentinin sayı 13 min nəfər yaxındır. 

Tramp daha əvvəldən Əfqanıstandakı amerikan qoşunlarını azaltmaq fikrində olduğunu demişdi.

CNN-nin məlumatına görə, 2001-ci ildən bu yana ABŞ Əfqanıstan müharibəsinə 133 milyard dollar yatırıb. Bu illər ərzində Əfqanıstanda 2300 ABŞ hərbçisi, 58 min nəfər əfqan hərbçisi, 38 min dinc sakin ölüb, 42 min silahlı öldürülüb.


Oxunma sayı: 6722

Oxşar yazılar