Bakıda Uşaq Yaradıcılıq Mərkəzində partlayış – Xəsarət alan var

  • 11:18 - 16 Dekabr

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verib. Hadisə bu gün səhər saatlarında, İcra hakimiyyəti binasının yaxınlığında olub.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Avropa.info-ya bildiriblər ki, hadisə ilə bağlı təcili yardıma saat 10:14-də məlumat daxil olub. Hadisə yerinə 3 Təcili Yardım briqadası gedib. Həkimlər mərkəzdən 50 yaşlı qadın götürüblər, onun müəllimə olduğu bildirilib. Sifətinin və hər iki əlinin termiki yanığı diaqnozu ilə müəllimə 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılıb.

Daha bir neçə nəfər hadisə zamanı stress keçirib. Onlara yerində yardım göstərilib.


Oxunma sayı: 6271

Oxşar yazılar