“Ərdoğanın qətiyyətli mövqeyi sayəsində...” – Kremldən Türkiyə açıqlaması

  • 11:06 - 16 Dekabr

Rusiyanın Birinci kanalında efirə gedən “Bolşaya iqra” proqramının qonağı olan Kremlin mətbuat katibi Dmitri Peskov Putinin Türkiyə prezidenti Ərdoğana göndərdiyi mesajın ABŞ prezidenti Trampın yazdığı məktubdan çox daha konstruktiv olduğunu deyib.

Avropa.info xəbər verir ki, Peskov “Əgər düzgün başa düşürəmsə, ABŞ və Türkiyə arasında bəzi ziddiyyətlər var. Ancaq vəziyyəti tərif etsək, prezident Putinin Ərdoğana mesajının Trampın ona yazdığı və Ərdoğanın Vaşinqtonda geri qaytardığı o məşhur məktubdan çox daha fərqli mahiyyət daşıdığını deyə bilərəm” deyib.

İdlibdəki əməkdaşlığa münasibət bildirən Peskov regionda terror təhlükəsinin qalmasına baxmayaraq, iki ölkə arasında Soçidə əldə edilən müqavilələrin tətbiqi sahəsindəki əməkdaşlığın davam etdiyini bildirib.

O, Türkiyənin Rusiya ilə əməkdaşlığının alternativinin olmadığını, Rusiya və Türkiyə prezidentləri arasındakı dialoqda Trampın Ərdoğana məktubunda yer alan ifadələrə yer olmadığını qeyd edib.

“Türkiyə böyük miqyasda prezident Ərdoğanın xarici siyasətdəki qətiyyətli mövqeyi sayəsində suverenliyini davam etdirmə sahəsində uğurlu olan suveren dövlətdir. Ərdoğan regional məsələlərdə, Suriya məsələsində Rusiya ilə əməkdaşlığını alternativinin olmadığını başa düşür. Bu sadəcə Suriya məsələsində çoxlu nüansların olmasında deyil, eyni zamanda Rusiya və Türkiyənin bir çox məsələdə bir-birilərinə oxşar mövqe nümayiş etdirməsindən irəli gəlir ” – Peskov deyib.


Oxunma sayı: 6920

Oxşar yazılar