Nərimanov İcra Hakimiyyətinin şöbə müdiri ad günündə özünü asdı – "Ailəsində problemləri vardı..."

  • 10:59 - 16 Dekabr

Bakıda Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) şöbə müdiri ad günündə intihar edib. Unikal.org saytının yaydığı bu xəbəri İcra Hakimiyyətindən təsdiqləyiblər. Bildirilib ki, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlizadə Elmar Şamil oğlu özünü asaraq öldürüb.

Nərimanov rayon Prokurorluğundan  verilən məlumata görə, 1975-ci il təvəllüdlü Əlizadə Elmar Şamil oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Faktla bağlı daxil olan məlumat əsasında polis və prokurorluq orqanlarının eləcə də məhkəmə tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirə salınmaz istintaq hərəkətləri həyata keçirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünün öldürmə həddin çatdırma) maddəsi cinayət işi başlanıb. İş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

E.Əlizadə 2014-cü ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Nərimanov rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri İlkin Əsədov virtualaz.org-a açıqlamasında deyib ki, faciə iki gün əvvəl “ailə münaqişəsi zəminində” baş verib. “Elmar Əlizadənin intiharının onun iş fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. 44 yaşı vardı, cavan, kifayət qədər peşəkar, savadlı adam idi. Həmin gün işdə günün axırına qədər birlikdə olmuşuq. Hansısa gərginlik büruzə verməyib. Hadisə Elmar işdən çıxıb evə gedəndən sonra olub, bildiyimizə görə ailəsində hansısa problemlər vardı”,-İ.Əsədov deyib.


Oxunma sayı: 10792

Oxşar yazılar