Azərbaycan dünyanın ən güclü ölkələri sırasında

  • 10:21 - 16 Dekabr

Amerikanın “U. S. News & World Report” jurnalı 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısını açıqlayıb.

Avropa.info azvision.az-a istinadən xəbər verir ki, reytinq ABŞ-ın ən nüfuzlu siyasi nəşrlərinin birinin saytında dərc edilib. Siyahı Pensilvaniya Universitetinin “BAV Group и Wharton School” Qrupunun analitikləri tərəfindən tərtib edilib.

Siyahı tərtib edilən zaman ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı da daxil olmaqla bir sıra amillər nəzərə alınıb.

Siyahıda Azərbaycan 45-cı yerdə qərarlaşıb. Ölkəmiz cari ildə əldə etdiyi uğurlara görə, bir neçə Avropa ölkələrini – Xorvatiya, Çexiya, Latviya, Rumınya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoyub.

İlk üçlükdə ABŞ, Rusiya və Çin qərarlaşıb.


Oxunma sayı: 6733

Oxşar yazılar