Yeni metro stansiyasının adı nə olacaq? – Video

  • 10:05 - 16 Dekabr

Paytaxtda daha bir metro stansiyası açılacaq. Yeni stansiya Papanin kimi tanınan əraziyə sərnişin daşınmasına xidmət göstərəcək. Stansiyanın adının isə nə olacağı hələlik bəlli deyil.

Yeni stansiyanın açılması xəbərini ərazidə yaşayan vətəndaşlar da sevinclə qarşılayıblar. Verilən məlumata görə artıq stansiyada tikinti işləri yekunlaşıb və bəzi texniki məsələlərin icrası qalıb.

Ən önəmli məqamlardan biri isə stansiyanın hansı adı daşıyacağıdır. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, şərti olaraq B-3 adlandırılan stansiyanın adı Nazirlər Kabineti yanında Adqoyma Komissiyası tərəfindən veriləcək.

Adla bağlı isə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətindən Nazirlər Kabinetinə hansısa təklif verilməyib.


LlwGrOe6koQ

Oxunma sayı: 6634

Oxşar yazılar