"İlham Əliyev qardaşımla da söhbətimiz olub..." - Ərdoğan Türkiyə millisinin oyununu Bakıda izləyəcək

  • 01:57 - 16 Dekabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə millisinin futbol üzrə Avropa Çempionatında Bakıda keçirilən oyunlarını izləmək üçün Azərbaycana gələ biləcəyini açıqlayıb.

Avropa.info xəbər verir ki, Türkiyə Prezidenti bu barədə ATV-də canlı yayımda danışıb.

"Bu oyunlarla bağlı İlham Əliyev qardaşımla da söhbətimiz olub. O bu matçları birlikdə seyr etməyimiz üçün məni Bakıya dəvət edib. Əminəm ki, bu dəfə uğur Türkiyənin olacaq. 

Türkiyə-İtaliya matçını izləmək üçün Romaya da gedə bilərəm",- deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Avropa Çempionatında Türkiyə millisinin iki oyunu Bakıda keçiriləcək. 2020-ci ilin iyunun 27-də Türkiyə millisi Uelslə qarşılaşacaq. İyunun 21-də isə Türkiyə millisi İsveçrə yığması ilə görüşəcək.


Oxunma sayı: 13542

Oxşar yazılar