Türkiyəyə qanunsuz yollarla daxil olmuş 26 miqrant saxlanılıb

  • 22:11 - 15 Dekabr

Türkiyənin Tekirdağ şəhərində ölkəyə qanunsuz yollarla daxil olmuş 26 miqrant saxlanılıb.

Onlardan 17-si Pakistan, 9-u isə Banqladeş vətəndaşıdır. Saxlanılanların qanunsuz yollarla Türkiyədən başqa ölkələrə keçmək istədikləri bəlli olub.

Miqrantlar aidiyyəti qurumlara təhvil veriliblər.


Oxunma sayı: 5105

Oxşar yazılar