Müsavat AKM-in bütün üzvlәrinin Almaniyada istintaqa çağırılmasına başlanıb - Mühacir qalmaqalı dərinləşir

  • 15 Dek - 2019

Müsavat AKM-in bütün üzvlәrinin Almaniyada istintaqa çağırılmasına başlanıb. Bu, gözlәnilәn idi. Miqrasiya idarәlәri vә mәhkәmәdә olan Müsavat vә Müsavat AKM üzvlәrinin işlәrinә baxış da sürәtlәndirilib. Hamısına ucdantutma dәrhal neqativ cavab vermәk, ardınca deport etmәk üçün. Bәzәn olub ki, mәhkәmәdә işinә baxılan şәxsi arayışları kimdәn, neçәyә almasını boynuna alması üçün tәhdid edirlәr (tәhdid yolverilmәzdir). Proses Avropanın bütün ölkәlәrinә yayılacaq.

Trend-in məlumatına görə, bunu Avropada yaşayan jurnalist Yafəz Əkrəmoğlu deyib.

Onun sözlərinə görə, Müsavat AKM tәhlükәli cinayәtlәrin vә cinayәtkarların yuvası hesab olunur, buna görә dә bütün üzvlәri bu işlәrdә şübhәli sayılır:

"Müsavat vә AKM üzvlәrinin "qara siyahı"sı tәrtib olunur, aidiyyatı olan bütün idarәlәrә göndәrilir. Üzlәrinә deyilmәsә dә bütün idarәlәrdә onlarla buna görә davranacaqlar.

Tezliklә deport olunma tәhlükәsi altında olan Müsavat vә AKM üzvlәri üçün çıxış yolu varmı?

Çıxış yolu var әlbәttә:

Әgәr kimsә aldadıldığını, insan alveri qurbanı olduğunu istintaqa etiraf edәrsә, avtomatik cinyәt işindә zәrәrçәkәn kimi qeydә alınacaq. Cinayәt işi başa çatana kimi (bu әn az 2-3 il sürәcәk) bu adamı deport etmәyәcәklәr. Çünki, mәhkәmәdә zәrәrçәkәn kimi ifadә vermәlidi. İş bitdikdәn sonra isә hәmin şәxsin humanitar oturum alması şansı yüksәlir.

Zәrәrçәkәn kimdi?: İnsan averi qurbanları. Pul qarşılığında aldadılaraq Avropaya gәtirilәn, viza, arayış vә başqa sәnәdlәrlә tәmin olunan şәxslәr.

Nә etmәk lazımdı? Sizi çağırmadan özünüz polisә müraciәt edin. Avropada yaxşı hәyat vәd edәrәk, sizi aldadaraq ev-eşiyinizi satdırıb, yaxud әlinizdәki bütün pulları mәnimsәyib bura gәtirәn şәxslәrin adını deyin. AKM, Müsavat arayışların kimdәn, neçәyә aldığınızı etiraf edin. Bunları etsәz, avtomatik zәrәrçәkәn kimi qeydә alınacaqsız. Ola bilәr ki, Avropaya özünüz gәlmisiz vә burada AKM-dәn olan, yaxud başqa insan alverçilәrinin toruna düşmüsüz. Heç fәrq etmir. Zәrәrçәkәnsiz yenә dә.

Qorxmayın! Unutmayın ki, aldadılaraq insan alverçilәrinin qurbanı olduğunuza görә heç bir mәsuliyyәt daşımırsız. Arayış vә sәnәdlәri bilәrәkdәn rüşvәt verib alsanız belә. Çünki, siz aldadılaraq buna mәcbur edilmisiz".

Xatırladaq ki, ötən ay Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, sabiq deputat Sabir Rüstəmxanlının qardaşı, "Leqat" inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir.

Məlum olub ki, həbs edilənlər Almaniyada "miqrant alveri" ilə məşğul olmaqda , o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında insanları qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinirlər.


Oxunma sayı: 2575

Oxşar yazılar