Hülusi Akar: “İŞİD-in hücumları nəticəsində 600-ə yaxın mülki vətəndaş həyatını itirib”

  • 20:31 - 15 Dekabr

 

 

“İŞİD terror təşkilatının Türkiyəyə qarşı təşkil etdiyi hücum və terror aktları nəticəsində 600-ə yaxın mülki vətəndaş həyatını itirib”.

Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Qətərin paytaxtı Doha şəhərində təşkil edilən 19-cu “Doha Forumunda” çıxışı zamanı deyib. “2016-ci ildə İŞİD-ə qarşı həyata keçirilən “Fırat qalxanı” aniterror əməliyyatı nəticəsində 3 min terrorçu zərərsizləşdirilib. Bu əməliyyatlarda 71 Türk əsgəri şəhid olub. “Barış pınar”ı aniterror əməliyyatının həyata keçirildiyi bölgədə İŞİD silahlılarının həbs edilərək saxlanıldığı yalnız bir cəzaçəkmə müəssisəsi mövcud idi. Biz ora gedəndə həbsxana boşaldılmışdı və orada heç kim yox idi. PKK/YPG terrorçuları onların hamısını azad etmişdi.

 

 

 

 

 

Türkiyənin güc strukturları tərəfindən hazırda İŞİD liderlərinin həbsi terror qruplaşmasına qarşı ciddi mübarizə apardığımızın bariz göstəricidir. Türkiyə tərəfindən saxlanılan İŞİD-in üzvü olan xarici ölkə vətəndaşları beynəlxalq hüquqa əsasən öz ölkələrinə göndərilir və hazırda bu davam edir”.

 

 

General qeyd edib ki, terrorizm dünya üçün əsas təhlükədir: “Terror təşkilatları fərqli adlar, forma və strategiyalar ala bilər, lakin biz onların bütün təzahürlərinə qarşı ayıq-sayıq olmalıyıq. Ancaq bir terror təşkilatını digərindən istifadə edərək məğlub etmək olmaz. Kürdlərlə və ya digər etnik qruplarla problemimiz yoxdur. Biz yalnız terror təşkilatları ilə mübarizə aparırıq. Kürdlər qardaşlarımızdır. İŞİD müsəlmanları təmsil etmədiyi kimi, PKK / YPG kürdləri təmsil edə bilməz. Heç vaxt sərhədlərimizin cənubunda terror dəhlizinin yaradılmasına imkan verməyəcəyik. Biz qonşumuz olan Suriyada sabit və demokratik siyasi vəziyyətin hökm sürdüyünü görmək istəyirik” (report)


Oxunma sayı: 6095

Oxşar yazılar