Cəlilabadda yol qəzası olub, xəsarət alan var

  • 17:52 - 15 Dekabr

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un  məlumatına görə, hadisə rayonun Babalı kəndi ərazisində qeydə alınıb. 

İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində kənd sakini, 1987-ci il təvəllüdlü Əliyev Fərid Camal oğlu xəsarət alıb. 

Yaralıya xəstəxanada müvafiq tibbi yardım göstərilib. 

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 3697

Oxşar yazılar