Makron Putinlə Zelenskinin söhbətini kəsdi – Peskov

  • 16:12 - 15 Dekabr

Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski bir sıra məsələlər üzrə anlaşmadan uzaqdır.

Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

“Putin və Zelenski bir-birləri ilə danışmağa başladılar. Yenə də onlar bir sıra məsələlərdə anlaşmadan uzaqdırlar, fərqli terminologiyadan istifadə edirlər. Onlar 10-15 dəqiqə üzbəüz söhbət etdilər. Daha sonra “Normand formatı”nda çalışmağa israr edən Fransa prezidenti onların söhbətini kəsdi”, - deyə Peskov ikitərəfli görüşün təfərrüatını açıqlayıb.

Qeyd edək ki, iki lider dekabrın 9-da Parisdə “Normand formatı” sammiti zamanı görüşüblər.(axar.az)


Oxunma sayı: 10187

Oxşar yazılar