Nepalda avtobus dərəyə yuvarlanıb, 14 nəfər ölüb

  • 14:53 - 15 Dekabr

Bu gün Nepalda zəvvarların olduğu avtobus 500 metr yüksəklikdən dərəyə yuvarlanıb. 

Hadisə Sindxupalçok rayonunda baş verib. 

Qəza nəticəsində 13 nəfər ölüb, ondan çox insan yaralanıb. “Sinxua” agentliyi isə xəstəxanaya yerləşdirilən yaralılardan birinin öldüyü, bununla da ölənlərin sayının 14 nəfərə çatdığı, 16 nəfərin isə xəsarət aldığı barədə məlumat yayıb. 


Avtobusda ümumilikdə 32 nəfər olub. Sürücü qəza yerindən qaçıb.


Oxunma sayı: 4797

Oxşar yazılar