ABŞ-da ticarət mərkəzində atışma olub, xəsarət alan var
- 12:27 - 15 Dekabr
ABŞ-ın Corciya ştatında atışma olub.
"Report" xəbər verir ki, bu barədə yerli polis bildirib.
Məlumata görə, hadisə "Cumberland" ticarət mərkəzində qeydə alınıb. Atışma zamanı 1 nəfər xəsarət alıb.
"Yerli vaxtla saat 13:18-də Kobb dairəsi polisi "Cumberland" ticarət mərkəzində atışma ilə nəticələnən münaqişəyə reaksiya verdi. Bir nəfər yaralandı, hadisəni törədən ərazidən qaçaraq gizləndi. Zərərçəkən xəstəxanaya çatdırılıb", - deyə polisin "Twitter"dəki xəbərində bildirilir.
Polislər bildirdilər ki, atəş açanın şəxsiyyəti müəyyənləşdirilib. Hazırda onun axtarışı aparılır.