Rumıniyada fabrikdə bomba yerləşdirilməsi xəbəri ilə əlaqədar 800 nəfər təxliyə edilib

  • 21:25 - 14 Dekabr

Rumıniyanın Timişoara şəhərində “Continental Tyres” zavodunda bomba yerləşdirilməsi xəbəri ilə əlaqədar 800 nəfər təxliyə edilib.

Fövqəladə hallar xidmətinin “qaynar xətti”nə zəng edən şəxs zavodda üç bombanın yerləşdirilməsi barədə məlumat verib.

Hadisə yerinə dərhal polis əməkdaşları, yanğınsöndürmə briqadaları və təcili tibbi yardım maşınları cəlb olunub.

“Continental Tyres” zavodu Timişoarada 2000-ci ildən fəaliyyət göstərir. Zavodda 2500 nəfər işləyir.


Oxunma sayı: 5248

Oxşar yazılar