Parlament seçkilərində iştirak etmək istəyən 71 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib

  • 20:15 - 14 Dekabr

Azərbaycanda gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 268 nəfər müraciət edib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında çıxış edən MSK sədri Məzahir Pənahov deyib.

O bildirib ki, növbədənkənar parlament seçkilərində iştirak etmək istəyən 71 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib: “29 nəfərə isə imza vərəqələri verilib”.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 5-də parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.


Oxunma sayı: 4643

Oxşar yazılar