Bəsrədə etirazçılar Xomeyni küçəsinin adını dəyişdilər : İraqda İran əleyhinə böyük üsyan

  • 18:08 - 14 Dekabr

İraqın cənubunda yerləşən Bəsrə şəhərində etiraz aksiyası keçirən vətəndaşlar, İran inqilabının lideri Xomeyninin adını daşıyan küçənin adını dəyişdirərək "Oktyabr Şəhidləri" küçəsi qoyublar. 

Avropa.info xəbər verir ki, İranın İraq üzərindəki nüfuzuna təpki göstərən etirazçılar  Xomeyni küçəsinin adını dəyişdiriblər. 
 

İraqın müxtəlif şəhərlərində tələbələrin də qatıldığı aksiyalarda hökumət və İran əleyyhinə şüarlar səsləndirilir. Bir müddət öncə, İranın İraqdakı konsulluğu da yandırılmışdı. 
 

İraq Müstəqil İnsan Haqları Təşkilatının yaydığı məlumata görə, ölkədə işsizlik və yyoxsulluğa etiraz olaraq keçirilən aksiyalarda 460 nəfər ölüb, 20 min insan yaralanıb. 


Oxunma sayı: 9736

Oxşar yazılar