Tayvanda yanğın zamanı 7 nəfər ölüb

  • 17:30 - 14 Dekabr

Tayvanın cənubunda yerləşən Tainan şəhərində səhər saatlarında yaşayış binalarının birində baş verən yanğın nəticəsində 7 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Binadakı 46 sakinin 37-si təhlükəsiz şəkildə xilas olub, 2 nəfər pəncərədən atılarkən yüngül xəsarət alıb. Bir nəfər xəstəxanaya çatdırılarkən dünyasını dəyişib, daha 6 nəfər yanğın xidməti əməkdaşları tərəfindən içəridə ölü vəziyyətdə tapılıb.

Polisin bildirdiyinə görə, 21 yaşlı gənc könüllü təslim olaraq iki ədəd 5 litrlik qasolin qabı vasitəsilə yanğın törətdiyini etiraf edib. Əvvəllər ruhi xəstəlikdən müalicə aldığı iddia olunan həmin gənc saxlanılaraq istintaqa cəlb edilib.(report)


Oxunma sayı: 2817

Oxşar yazılar