Azərbaycanda növbədənkənar parlament seçkilərində iştirak edəcək partiyaların sayı 9-a çatıb

  • 17:12 - 14 Dekabr

Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 9-a çatıb.

 Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən 6 siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydiyyata alınması məsələsinə baxılıb.

 

İclasda Böyük Quruluş Partiyasının, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyasının, Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.     

Xatırladaq ki, bundan əvvəl növbədənkənar parlament seçkilərində iştirakla bağlı MSK-ya 3 siyasi partiya müraciət etmişdi. 

Bunlar, Yeni Azərbaycan Partiyası (YAP), Ümid Partiyasının və Vətəndaş Həmrəyliyi Partiyasıdır(VHP).

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 5-də parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.


Oxunma sayı: 4456

Oxşar yazılar