Fransada neftayırma müəssisəsində yanğın baş verib

  • 16:02 - 14 Dekabr

Fransanın şimalında Normandi bölgəsindəki Qonfrevil icmasında yerləşən və “Total” neft şirkətinə məxsus neftayırma müəssisəsində ötən gecə yanğın baş verib.

Şirkətin verdiyi açıqlamada istehsalatdakı ləngimə nəticəsində yanacaq qıtlığı yaranmaması üçün tədbirlər gördükləri, hazırda yanğının xeyli dərəcədə zəifləyərək nəzarət altına alındığı qeyd olunur.

Hadisə nəticəsində xəsarət alan olmadığı bildirilir.(report)


Oxunma sayı: 4940

Oxşar yazılar