Kolumbiya hakimiyyəti vətəndaşların təkliflərini qəbul edən saytı istifadəyə verib

  • 14 Dek - 2019

Kolumbiya hakimiyyəti ümummilli dialoq çərçivəsində vətəndaşların hökumətə ideya və təkliflərini verə biləcəyi internet-platformanı istifadəyə verib.

Bu barədə Kolumbiya Prezidenti İvan Duke bildirib. Dövlət başçısının sözlərinə görə, vətəndaşlar yeni sayt vasitəsilə müxtəlif mövzular üzrə təklif, ideya və düşüncələrini paylaşa biləcəklər.

Xatırladaq ki, son günlər Kolumbiyada hökumətin sosial-iqtisadi siyasətinə qarşı kütləvi etirazlar baş qaldırıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, etiraz aksiyalarında 207 min insan iştirak edib. Etirazlar bəzi şəhərlərdə iğtişaşlarla müşayiət olunub. Bu səbəbdən bir sıra yaşayış məntəqələrində komendant saatı rejimi tətbiq edilib. Son məlumata əsasən, polislə toqquşmalar nəticəsində dörd nəfər həlak olub, 273 nəfər yaralanıb.

Kolumbiya Prezidenti İvan Duke cəmiyyətin müxtəlif təbəqələri ilə ümummilli dialoqa başlamağa hazır olduğunu bəyan edib.


Oxunma sayı: 1354

Oxşar yazılar