Cənubi Koreyada iki zəncirvari yol qəzasında 7 nəfər ölüb, 32 adam yaralanıb

  • 14:52 - 14 Dekabr

Cənubi Koreyada avtomagistralda baş verən iki zəncirvari qəzada azı 7 nəfər ölüb, 32 adam yaralanıb. 

Şimali Qyonqsanq vilayətində yerli vaxtla gecə saat 4:40 radələrində baş verən birinci yol-nəqliyyat hadisəsində 30 avtomobil, o cümlədən yük maşınları toqquşub. Yol polisinin məlumatına əsasən, qəza nəticəsində 6 nəfər ölüb, 14 nəfər yaralanıb. 

Təxminən eyni vaxtda magistral yolun əks istiqamətdəki hərəkət hissəsində baş verən digər hadisədə isə təxminən 20 avtomobil toqquşub. Nəticədə 1 nəfər ölüb, 18 nəfər yaralanıb. 

Qəzalardan sonra yanğınsöndürənlər bir neçə avtomobildə baş verən yanğını söndürüblər. 

İlkin ehtimala görə, qəzaya yolun buz bağlaması səbəb olub.


Oxunma sayı: 4742

Oxşar yazılar