İmişlidə qəza törədən avtomobil qaz xəttini zədələyib

  • 14:22 - 14 Dekabr

İmişli rayonunun Qaradonlu kəndində qəza törədən "Mercedes" markalı avtomobil diametri 108 mm olan orta təzyiqli, yerüstü qaz xəttini zədələyib.

"Azəriqaz” İB-dən Avropa.info-ya verilən məlumata görə, hazırda Qaradonlu kəndində 120 abonentə qazın verilişi müvəqqəti olaraq dayandırılıb və təmir işlərinə başlanılıb.


Oxunma sayı: 6337

Oxşar yazılar