Sürücü piyadanı vurub öldürdü

  • 14:00 - 14 Dekabr

Dekabrın 12-də saat 18 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini O.Cəfərli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Yalçın Adilovu vurub.

Avropa.info-nun Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nəticədə xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 13-də orada ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.


Oxunma sayı: 15940

Oxşar yazılar