“Taliban”dan hərbi bazaya gecə hücumu – Ən azı 30 ölü

  • 13:19 - 14 Dekabr

“Taliban” hərəkatı Əfqanıstanın cənubunda yerləşən Qəzni vilayətinin Qarabağ rayonunda yerləşən hərbi hissəyə gecə hücumu edib.

Avropa.info xəbər verir ki, Kabil hökumətinə məxsus xüsusi birləşmənin olduğu hərbi bazaya sızan taliblər hərbi hissədəki hərbçilərin hamısını öldürüblər. Bazada silah və sursatı ələ keçirən “Taliban” bazadan çıxıb.

Yerli mənbələrin verdiyi məlumata görə, ən azı 30 nəfər hökumət hərbçisi öldürülüb. “Taliban” verdiyi açıqlamada 32 hərbçinin öldürüldüyünü qeyd edib.

Qeyd edək ki, “Taliban” Qəzni vilayətinin demək olar ki, bütün rayonlarına nəzarət edir.


Oxunma sayı: 4291

Oxşar yazılar