İsa Qəmbərin oğlu da parlament seçkilərinə qatılır

  • 12:28 - 14 Dekabr

Müsavat Partiyasının keçmiş başqanı, Milli Məclisin sabiq spikeri İsa Qəmbərin oğlu Turqut Qəmbər növbədənkənar parlament seçkilərində iştirak etmək qərarı verib.

Avropa.info xəbər verir ki, Turqut Qəmbər növbədənkənar 9 fevral parlament seçkilərində iştirak etmək üçün lazımi sənədləri təqdim etdiyini bildirib. O, bu barədə sosial şəbəkədə hesabından çağırış edib.

"Bu gün növbədənkənar 9 fevral parlament seçkilərində iştirak etmək üçün namizədliyimin təsdiqlənməsi üçün lazımi sənədləri təqdim etdim. Namizədliyimi 22 saylı ikinci Nəsimi seçki dairəsindən irəli sürürəm. Namizədliyimi dəstəkləyən, mənim təbliğat kampaniyamda könüllü kimi iştirak etmək istəyən vətəndaşları komandama qoşulmağa dəvət edirəm. Bu müddət ərzində imzatoplama kampaniyasında, sonrakı mərhələdə təbliğat kampaniyasında, qapı-qapı görüşlərdə iştirak etmək istəyənlər bildirsinlər. Bu barədə namizədliyim təsdiq olunandan sonra bir də çağırış edəcəm.

Seçki vətəndaşları fəallaşdırmaq, təşkilatlandırmaq, insanlarla birbaşa ünsiyyət, siyasi prosesə yaxından cəlb etmək üçün indiki şəraitdə ən yaxşı fürsətdir. Hakimiyyətin seçkiyə münasibəti barədə illüziyam yoxdur, ancaq bu müddət ərzində verilən bütün imkanlardan maksimum yararlanaraq keyfiyyətli və dinamik kampaniya həyata keçirmək üçün əlimdən gələni edəcəyəm. Ölkədə köklü siyasi və iqtisadi dəyişikliklər tələb edən şəxslər bu prosesdən kənar qalmamalıdır".


Oxunma sayı: 5589

Oxşar yazılar