Vaşinqton Türkiyə-Liviya dəniz müqaviləsinə qarşı çıxır – Amerikalı səfir

  • 11:45 - 14 Dekabr

ABŞ-ın Yunanıstan səfiri Cefri Payet rəsmi Vaşinqtonun Türkiyə və Liviya arasında imzalanan müqaviləyə qarşı olduğunu deyib.

Avropa.info xəbər verir ki, Payet amerikalı mütəxəssislərin müqavilənin mətnini nəzərdən keçirdiklərini, ABŞ-ın Ankaranın əsas gətirdiyi arqumentlərə “çox açıq formada” etiraz etdiyini qeyd edib.

Payetə görə, mütəxəssislər Türkiyənin müdafiə etdiyi qitə şelfi və dəniz təhlükəsizliyi arqumentlərinə əks fikir bildiriblər. Amerikalı səfir Türkiyənin BMT-nin qəbul etdiyi “Dəniz hüququ müqaviləsi”nə qarşı hərəkət etdiyini bildirib. O, problemin təsirə məruz qalan dövlətlərin maraqlarının qulaqardına vurularaq birtərəfli formada deyil, dialoq yolu ilə həllinə çağırıb.

Payet ABŞ-ın regionda Yunanıstan, İsrail, Kipr və Misirin birgə fəaliyyətini dəstəklədiyini, bu çərçivədə ABŞ dövlət katibi Mayk Pompeonun Qüdsə Dövlət Departamentinin energetika şöbəsi üzrə müavini Frensis Fannonun isə Afinaya səfər etdiyini qeyd edib.


Oxunma sayı: 5985

Oxşar yazılar