Bakıda sərnişin avtobusu qəzaya uğradı: Yaralılar var – Yenilənib

  • 11:11 - 14 Dekabr

Bakı Nəqliyyat Agentliyi Bakıda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.

BNA-dan Avropa.info-ya verilən xəbərə görə, dekabrın 14-də saat 09:00 radələrində Suraxanı qəsəbəsi “Daş yol” adlanan küçədə yol-nəqliyyat hadisəsi baş verib. 

“KİA” markalı minik avtomobili əks hərəkət istiqamətinə çıxaraq 104 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən (Dövlət Qeydiyyat Nişanı 90 OJ 542) sərnişin avtobusu ilə toqquşub. 104 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcı Nazim Qəhrəmanovun verdiyi məlumata əsasən, hadisə zamanı avtobusda olan sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb. Şahidlərin sözlərinə və ilkin araşdırmalara görə, hadisəyə səbəb “KİA” markalı minik avtomobilinin sürücüsünün sükan arxasında yuxulaması olub.

***

Bakıda marşrut avtobusu qəzaya uğrayıb.

Səhiyyə Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yanında 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 8:45 daxil olub.

Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. Hadisə nəticəsində 2-si azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Onlara lazım olan yardım göstərilib, müalicələri davam edir.


Oxunma sayı: 2784

Oxşar yazılar