Ana və qızının öldürüldüyü evin sahibi məmurdur – Foto

  • 10:17 - 14 Dekabr

Bakının Sabunçu rayonu ərazisində baş verən dəhşətli qətlin təfərrüatları məlum olub. Avropa.info Criminal.az-a istinadən xəbər verir ki, xəbər verir ki, qətl Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 49A ünvanındakı "Uğur-2" yaşayış kompleksindəki mənzildə törədilib.

Mənzildə kirayə yaşayan ana və gənc qızı naməlum şəxs tərəfindən öldürülüb. 

İlkin ehtimala görə, qətli ailənin oğlu törədib.

Meyitlər müayinə üçün məhkəmə-tibbi ekspertizasına aparılıb.

Qətl törədilən mənzil məmura - Sosial-müdafiə fondunun Xəzər rayon şöbəsinin Rafiq adlı əməkdaşına məxsusdur. 

Qeyd edək ki, Baş Prokurorluq da hadisəylə bağlı məlumat yayıb. Bildirilir ki, faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Oxunma sayı: 5226

Oxşar yazılar