Bakıda ana və qızı evində qətlə yetirildi

  • 10:11 - 14 Dekabr

Bakıda ana və qızının meyiti aşkarlanıb.

Avropa.info xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov öz facebook səhifəsində məlumat yayıb.

Məlumatda bildirilir ki, dekabrın 13-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı E.Niftizadənin yaşadıqları mənzildə üzərlərində çoxsaylı kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətləri olan meyitləri aşkar edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Oxunma sayı: 4302

Oxşar yazılar