İstanbul aeroportunda rekord miqdarda narkotik maddə ələ keçirilib

  • 21:12 - 13 Dekabr

İstanbul hava limanında 1 ton 745 kiloqram bitki mənşəli, narkotik təsirə malik kratom maddəsi ələ keçirilib. Bu, Türkiyə aeroportlarında bu günədək aşkarlanan ən böyük narkotik maddədir.

Avropa.info xəbər verir ki, ələ keçirilən narkotik maddənin dəyərinin təxminən 70 milyon türk lirəsi (təqribən 20,5 milyon manat) olduğu bildirilir. Həmin narkotik maddə hava limanının karqo hissəsində aşkarlanıb.

Narkotik vasitənin İndoneziyadan ABŞ-a göndərilməsi məqsədilə Türkiyəyə gətirildiyi bildirilir.


Oxunma sayı: 9791

Oxşar yazılar