ABŞ-ın Rusiyada yeni səfiri təyin olunub

  • 20:20 - 13 Dekabr

ABŞ Konqresinin Senatı Con Cozef Sallivanın ölkənin Rusiyada yeni səfiri təyin olunmasını təsdiqləyib.

Avropa.info xəbər verir ki, bundan əvvəl ABŞ Dövlət katibinin birinci müavini işləmiş Con Sallivan avqustun əvvəllərində istefaya getmiş Con Handsmanı əvəz edəcək.

Con Cozef Sallivan ata və oğul Corc Buş administrasiyasında işləyib. Oğul Corc Buşun hakimiyyəti dövründə ABŞ Ticarət nazirinin birinci müavini olub və bir çox ölkələrə, o cümlədən Azərbaycana səfər edən hökumət nümayəndə heyətlərinə başçılıq edib.

ABŞ Dövlət katibi Maykl Pompeo bildirib ki, Con Sallivan səfir kimi Rusiya ilə konstruktiv əlaqələrin qurulmasına kömək edəcək.


Oxunma sayı: 13861

Oxşar yazılar