Bu magistral yolda sürət həddi endirildi – Foto

  • 17:38 - 13 Dekabr

Dekabrın 12-də axşam saatlarında Goranboy rayonu, Borsunlu kəndi ərazisində “Daewoo” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Hadisə nəticəsində xəsarət alan kənd sakini, 15 yaşlı Əhmədova Gülzarə Afiq qızı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağırdır.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Avropa.info-ya verilən məlumata görə, nazirliyin rəhbərliyinin göstərişinə əsasən, əraziyə müvafiq baxış keçirlib. Magistral yolun sözügedən hissəsində avtomobillərin hərəkət sürəti saatda 90 kilometrdən 70-ə endirilib, ərazidəki nişanlar yenisi ilə əvəz edilib.

Bundan başqa, Goranboy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları kənd sakinlərə ilə görüşərək maarifləndirici söhbətlər aparıb, vətəndaşlara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Sakinlərə öz həyatları ilə bərabər, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaratmamaları üçün kənd ərazsindəki yeraltı keçiddən istifadə etmələri tövsiyə olunub.

 


Oxunma sayı: 2971

Oxşar yazılar