Reuters: “Türkiyə Rusiya ilə ikinci S-400 müqaviləsi bağlamağa çox yaxındır”

  • 16:50 - 13 Dekabr

İngiltərənin “Reuters” agentliyi Türkiyənin Rusiyadan ikinci dəfə S-400 HHM sistemləri almaq üçün müqavilə bağlamağa çox yaxın olduğunu xəbər verib.

Avropa.info xəbər verir ki, “Reuters”in məlumatına görə, Ankarada jurnalistlərə açıqlama verən Türkiyə Prezident Aparatının müdafiə sənayesi üzrə sədri İsmayıl Demir S-400 HHM sistemlərinin birgə istehsalı və texnoloji transferi ilə bağlı danışıqların davam etdiyini deyib.

“Reuters” müqavilənin aprel ayından əvvəl S-400-lərin ilk partiyasının döyüş hazırlığına gətirildiyi vaxt imzalana biləcəyini qeyd edib.

İsmayıl Demir Ankaranın ABŞ istehsalı “Patriot” raketlərini almaqda maraqlı olduğunu və danışıqlar üçün şərt qoşmadığını bildirib. 

Qeyd edək ki, Türkiyənin Rusiyadan S-400 almasına Vaşinqtonun qarşı çıxması iki ölkə arasında siyasi böhrana səbəb olmuşdu. HHM sistemlərinin gələn ilin aprel ayında aktiv vəziyyətə gətiriləcəyi gözlənilir.


Oxunma sayı: 4841

Oxşar yazılar