“Artıq həqiqi təzyiqdən söhbət gedir” – Rusiya XİN-dən ABŞ-a Türkiyə etirazı

  • 15:38 - 13 Dekabr

S-400 HHM sistemləri ilə bağlı Türkiyəyə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsinin ABŞ Senatı Xarici Əlaqələr Komissiyasında qəbul olunması Rusiyanın etirazına səbəb olub.

Avropa.info xəbər verir ki, qərarı şərh edən Rusiya XİN sözçüsü deyib:

“Bu qəbuledilməz polemikadır. Belə ki, artıq həqiqi təzyiqdən söhbət gedir. Vaşinqtonun Türkiyə ilə yanaşı Rusiya ilə əlaqəsi olan bir sıra ölkəyə təzyiqlər göstərməsinin nümunələri mövcuddur”.

Zaxarova Vaşinqtonun uzun illərdir öz maraqlarını təmin etməsi lazım olan məsələlərdə başqa ölkələrə qarı sanksiya siyasətini tətbiq etdiyini qeyd edib. O, təzyiq və qorxutma siyasətinin günümüzün beynəlxalq münasibətlər sistemində qəbuledilməz olduğunu qeyd edib.

Qedye dək ki, ABŞ-ın “2020 müdafiə səlahiyyətləri qanunu” adı ilə tanına müdafiə büdcəsi Konqresin hər iki palatasının razılığı ilə Nümayəndələr Palatasında qəbul edildi.

Layihənin Türkiyə ilə bağlı hissəsində Ankaranın S-400 HHM sistemlərinin alması əsas gətirilərək F-35 təyyarələrinin Türkiyəyə verilməməsini nəzərdə tutur. Layihə həmçinin Türkiyəyə qarşı CAATSA qanunu çərçivəsində sanksiya tətbiq olunması qeyd olunur. 


Oxunma sayı: 13784

Oxşar yazılar