“Ərdoğan Trampı uğurlu formada bitərəf etməyi bacardı” - 15 iyulun sirli adamı, sabiq MKİ (CİA) əməkdaşı yazdı

  • 14:56 - 13 Dekabr

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi gecəsi İstanbulun Böyükada rayonunda yerləşən bir oteldə görüş keçirməklə diqqət çəkən MKİ-nin (CİA) sabiq əməkdaşı, professor Henri Barkinin Türkiyə-Liviya müqaviləsi ilə bağlı yunan qəzetində məqaləsi dərc olunub.

Avropa.info xəbər verir ki, Barki “Türkiyə və Liviyanın Aralıq dənizi müqaviləsi, enerji və Ankaranın təsirini genişlətməsi ilə bağlı” adlı məqaləsində Türkiyə prezidenti Ərdoğanın Konqresin sanksiya tələblərinə baxmayaraq, ABŞ prezidenti Trampı uğurlu şəkildə bitərəf etdiyini yazır. 

“Liviyanın legitim hökuməti ölkənin sadəcə kiçik hissəsi üzərində təsirini saxlaya bilərkən, türklərin niyə belə hərəkət etdiyi maraqlıdır. Cavablardan biri Türkiyə və Kipr arasında ada ətrafındakı sularla bağlı anlaşılmazlıqlar da yatır. Kipr, Misir və İsrail sularında yeni kəşf edilən geniş qaz sahələri və bu üç ölkənin bu qazı Avropaya satmaq üçün tumurcuqlanan əməkdaşlığından görünür ki, bu hal Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əsəbiləşdirib.

Türkiyə podratçılarının böyük işlər gördüyü Liviyaya silah satır, öhdəliklərini yerinə yetirir. 

Türkiyə Cənubi Kiprin çıxaracağı təbii qazı KKTC ilə əməkdaşlıq etmədən sata bilməyəcəyini deyir. Həm ABŞ, həm Aİ uğursuz formada türkləri bu cür fəaliyyətlərdən imtina etməyə çağırır.

Türkiyənin fəaliyyətinin geniş çərçivədə təhlil edilməsi lazımdır. Türk elm nümayəndəsi Ayhan Aktar proseslərin “Egey və Aralıq dənizində yeni geniş dəniz yurisdiksiyası”nın yeni Mavi Vətən doktrinasının nəticəsi olduğunu deyir. Doktrina Türkiyənin Şərqi Aralıq dənizi şelfinin böyük hissəsindən qonşularının marağı bahasına öz maraqları üçün istifadəsini nəzərdə tutur. Daha geniş baxıldıqda bu Ərdoğanın Türkiyəni region xaricində qabaqcıl ölkə olmasa belə, daha vacib ölkəyə çevirmək yönündə fəaliyyətini əks etdirir.

Ərdoğan hal-hazırda Trampla münasibətlərindəki üstünlükdən istifadə etmək istəyə bilər. Ərdoğan indiyə qədər İran sanksiyalarına gözucu baxmaqdan S-400-ləri almağa qədər uzanan bəzi səhv hərəkətləri üzündən ABŞ Konqresinin sanksiya tələblərini qəbul etməyi rədd edən Trampı uğurlu formada bitərəf etməyi bacardı.

Vaşinqtondakı qarışıqlıq və Trampın ona qarşı müsbət münasibətdən istifadə edən Türkiyə prezidenti daha müstəqil xarici siyasəti dilə gətirməkdən faydalanır.

Bu müqavilə reallıqda Tripoli hökuməti ilə noyabr ayında Ərdoğanın Vaşinqtona səfərindən dərhal sonra, NATO sammitindən əvvəl imzalandı.  Səfərdən qayıtdıqdan bir gün sonra ABŞ maraqlarına açıq şəkildə qarşı çıxaraq, Venesueladakı Maduro rejiminə dəstək verdi.

Kipr sularında kəşfiyyat işləri apardığına görə, Avropa İttifaqının Türkiyəni sanksiyalarla hədələdiyi bir vaxtda Ərdoğanın iki Aİ üzvünə meydan oxuması təəccübləndiricidir. Ankaranın tək tərəfliliyi regiondakı böhranları lazımsız yerə ağırlaşdırır və hər zaman olduğu kimi bunu həll etmək vəzifəsi Brüssel və Vaşinqtonda qalır”.

Henri Barki kimdir?

Lixay Universitetinin “Kohen beynəlxalq münasibətlər professoru”, Xarici Əlaqələr Şurasında Yaxın Şərq araşdırmaları üzrə elmi işçi Barki daha əvvəl ABŞ Dövlət Departamentinin siyasət planlama qrupunun üzvü kimi fəaliyyət göstərib. 2016-cı ilin 15 iyulunda Barkinin 17 nəfərlik qrupun iki gün ərzində konfrans keçirdiyi iddia edilmişdi. Barki 1919-cu ildə ingilis ordusunun qərargahı kimi istifadə olunan Böyükadada 17 nəfərdən ibarət konfransın keçirməklə gündəmə gəlmişdi. İddialarla bağlı amerikalı professor Amberin Zaman adlı jurnalistə müsahibəsində “Böyükadadakı konfransın məqsədi Obamanın İranla imzaladığı nüvə müqaviləsinin birinci ildönümündə Yaxın Şərq ölkələrinin reaksiyalarını başa düşmək və “Wilson Center” üçün hesabat yazmaqdır. Bu qədər sadə” deyərək, təkzib etmişdi.


Oxunma sayı: 6579

Oxşar yazılar